Erməni fermerlər çətin vəziyyətə düşüb

 Erməni fermerlər çətin vəziyyətə düşüb
  05 Aprel 2020    Oxunub:2852
Ermənistanda fermerlər çətin vəziyyətə düşüb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, onlar koronavirusla bağlı vəziyyətə görə bütün kənd təsərrüfatı işlərinin dayandırıldığını bəyan ediblər.

"Qoy Paşinyan bizim neçə çətin vəziyyətə düşdüyümüzü görsün. Ermənistanın Armavir bölgəsinin Tandzut ərazisində koronavirus infeksiyası qeydə alınmayıb, lakin bütün kənd təsərrüfatı işləri dayandırılıb. Yerli sakinlər ziyana düşüblər. Bütün qış ərzində milyonlarla kredit götürülüb, istixanalar qurulub, meyvə və tərəvəz yetişdirilib, indi də heç bir alıcı yoxdur", - deyə fermerlər bildiriblər.

Onların sözlərinə görə, baş nazir Nikol Paşinyan fövqəladə vəziyyətin kənd təsərrüfatı sahəsinə təsir etməyəcəyini söyləsə də, bunun əksi baş verir.

Məhsullarının məhv olduğunu deyən fermerlər işçi qüvvəsi olmadığını, hərəkət məhdudiyyətləri səbəbindən başqa kəndlərə işləmək üçün gedə bilmədiklərini vurğulayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Fermer  





Xəbər lenti