Azərbaycanlı deputat Türkiyədə qarət olundu - FOTO

Azərbaycanlı deputat Türkiyədə qarət olundu -  FOTO
  05 Aprel 2020    Oxunub:29824
Ana Vətəndaş Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı Türkiyədə taksi sürücüsü tərəfindən qarət olunub.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah” qəzeti məlumat yayıb.

Məlumata əsasən, deputat polisə verdiyi ifadəsində Beşiktaşa getmək üçün taksiyə mindiyini, taksi sürücüsünün ondan 25 lirə gediş haqqı istədiyini deyib. Partiya sədri bildirib ki, 25 lirə verdikdən sonra sürücü soyğunçuluq edərək pul qabını onun əlindən alıb.

F.Ağamalı taksidən düşəndə pul qabından 2 min lirənin oğurlandığını görüb. Hadisə ilə əlaqədar polis tərəfindən saxlanılan taksi sürücüsü Selami T. özünə haqq qazandırmaq məqsədilə oğurluq etmədiyini, F.Ağamalının pulu taksidə düşürdüyünü söyləyib.

Aparılmış araşdırma zamanı onun cinayət əməli sübuta yetirilib və sürücünün həbsinə qərar verilib. Türkiyə qanunlarına əsasən, sürücünü 10 ilədək həbs cəzası gözləyir.

Qeyd edək ki, hadisənin nə vaxt baş verdiyi açıqlanmayıb.



Kənan Məmmədov
Azvision.az


Teqlər: Deputat  





Xəbər lenti