COVİD-19: Almaniyada yoluxma rekord həddə çatıb

      COVİD-19:    Almaniyada yoluxma rekord həddə çatıb
  05 Aprel 2020    Oxunub:3136
Almaniyada son sutka ərzində 5936 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə ümumi yoluxanların sayı 91 min 714 nəfərə çatıb. İndiyədək 1342 nəfər ölüb. Gün ərzində isə 84 ölüm baş verib.

Almaniyada koronavirusa ən çox yoluxma Bavariya (23 846) və Şimali Reyn-Vestfalidə (18 735) qeydə alınıb. Berlində isə yoluxanların sayı 3613 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Almaniya   Berlik  





Xəbər lenti