Gürcüstanda 170 nəfərdə COVİD-19 aşkarlandı

  05 Aprel 2020    Oxunub : 2164
Gürcüstanda 170 nəfərdə COVİD-19 aşkarlandı
Gürcüstanda daha 8 nəfər yeni növ koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 170-ə çatıb. İndiyədək koronavirus xəstələrindən 36-sı sağalıb, 1 nəfər dünyasını dəyişib.

Hazırda xüsusi rejimli xəstəxanalarda 330 xəstə müalicə alır. 5067 nəfər isə karantində saxlanılır.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Gürcüstan   Koronavirus