Azərbaycanda 50 min ictimai iş yeri yaradılır

 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır
  05 Aprel 2020    Oxunub:4858
Bu ilin aprel-may aylarında Azərbaycanda 50 min ictimai iş yerinin yaradılması nəzərdə tutulub.
Azvision.az -ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nda qeyd olunub.

Tədbirlər Planına əsasən, ictimai iş yerlərinin yaradılmasında məqsəd işsiz vətəndaşların müvəqqəti məşğulluğunun təmin edilməsidir. Bunun üçün 30 milyon manat vəsait ayrılıb. Hər ictimai işə görə ayda 300 manat əmək haqqı veriləcək.

Azvision.az



Teqlər: İctmai-İş   Maaş  





Xəbər lenti