Heydər Əliyev Mərkəzindən Fransaya dəstək - VİDEO+FOTO

  04 Aprel 2020    Oxunub : 5295
 Heydər Əliyev Mərkəzindən Fransaya dəstək - VİDEO+FOTO
Bu gün Heydər Əliyev Mərkəzinin binası üzərində Fransa bayrağı videoproyeksiya olunub.

Azvision.az Mərkəzə istinadən xəbər verir ki, bunda məqsəd koronavirus infeksiyasından ziyan görən ölkələrə dəstək olmaqdır.
Xatırladaq ki, «COVID-19» pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq aprelin 3-dən etibarən virusdan zərərçəkən dövlətlərin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirilir.



Ölkələrin adının ingilis dilindəki əlifba ardıcıllığına uyğun olaraq hər gün bir dövlətin bayrağı bina üzərində təqdim olunur. Bununla Heydər Əliyev Mərkəzi «COVID-19»un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.





Azvision.az

Teqlər: HeydərƏliyevMərkəzi