İtaliyada Baş Nazirin mühafizəçisi virusdan öldü

İtaliyada Baş Nazirin mühafizəçisi virusdan öldü
  04 Aprel 2020    Oxunub:2041
İtaliyanın Baş Naziri Cüzeppe Kontenin mühafizəçisi koronavirusdan ölüb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 52 yaşlı Corcio Quastamakkiaya ötən ayın ortalarında koronavirus testi edilib. O, bu gün səhər saatlarında dünyasını dəyişib.

Məlumata görə, mühafizəçi müalicə ilə əlaqədar vəzifəsindən ayrılmazdan öncə Baş Nazirlə yaxın təmasda olmayıb və onu rəsmi səfərlərdə müşayiət etməyib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İtalya   Koronavirus  





Xəbər lenti