Qubada piyada ölümü baş verib

Qubada piyada ölümü baş verib
  04 Aprel 2020    Oxunub:1931
Quba rayonunun Paşaoba kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, kənd ərazisində şəhər sakini M.Bayramov idarə etdiyi “Moskviç” markalı avtomobillə yolu keçən həmyerlisi Feyzulla Eldarovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti