Rumıniyada koronavirus sürətlə yayılır

Rumıniyada koronavirus sürətlə yayılır
  04 Aprel 2020    Oxunub:2038
Rumıniyada koronavirus xəstəliyinə yoluxanların sayı 3 613 nəfərə çatıb. Koronavirusdan 141 nəfər vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabineti yanında yaradılan strateji qrup məlumat yayıb. Xəstələrin sayı getdikcə artır. Belə ki, bir günün içərisində 430 nəfərdə virus aşkarlanıb. Ümumilikdə isə 329 xəstə sağalıb.

Martın 16-da Rumıniya Prezidenti Klaus Yohannis ölkədə fövqəladə vəziyyət elan edib. İtaliya və İspaniya ilə Rumıniya arasında hava əlaqəsi bağlanıb. Ölkədə bütün dərslər təxirə salınıb. 65 yaşdan yuxarı vətəndaşların evlərini tərk etməsi qadağan olunub.


Azvision.az



Teqlər: Virus  





Xəbər lenti