Sürücü törətdiyi qəzada həyatını itirdi

  04 Aprel 2020    Oxunub : 1307
Sürücü törətdiyi qəzada həyatını itirdi
Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, aprelin 3-də saat 20 radələrində kənd ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN