Onlayn iclas keçirildi, sədr müavini və katib seçildi

  04 Aprel 2020    Oxunub : 1340
Onlayn iclas keçirildi, sədr müavini və katib seçildi
Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının yeni tərkibdə ilk onlayn iclası keçirilib.
Milli Məclisin Mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, iclasda təşkilati məsələlərə baxılıb.

İlk iclasa sədrlik edən Komissiyanın üzvü Nizami Cəfərov “Azərbaycan Respublikasının Milli Məclisinin yanında Toponimiya Komissiyası haqqında” Əsasnamənin 3.1.1-ci maddəsinə müvafiq olaraq birinci iclasda Komissiyanın sədri, sədr müavini və katibinin seçilməsi ilə bağlı təklifi səsləndirib.

Komissiyanın sədri vəzifəsinə Milli Məclisin deputatı, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin, Komissiyanın sədr müavini vəzifəsinə Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Sevinc Fətəliyevanın, Komissiyanın katibi vəzifəsinə isə Milli Məclis Aparatı rəhbərinin xidmətinin Ərazi vahidlərinin və bələdiyyələrin dövlət reyestri sektorunun müdiri Emin İmanovun namizədliyini irəli sürülüb.

Komissiya üzvləri məsələyə münasibət bildirərək hər üç şəxsin namizədliyini dəstəkləyiblər. Təklif səsə qoyularaq yekdilliklə qəbul edilib.

Azvision.az

Teqlər: Milli-Məclis   İclas