Rusiyadakı azərbaycanlılar ölkəyə buraxılır
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev 4 aprel tarixində “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiyasından gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbirlərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb: "Dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri tapşırıq və göstərişlər verilib. Karantində saxlanılacaq şəxslərin qalması üçün ayrılmış yerlərə və yaradılmış şəraitə, həmin şəxslərin daşınması üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrinə baxış keçirilib.
Dövlət sərhədindən ölkə ərazisinə buraxılan vətəndaşlarla görüş keçirilib, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində görülən işlər haqqında onlara geniş məlumat verilib, xahiş və müraciətləri dinlənilib.
Söhbət zamanı vətəndaşlar Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət sərhədlərindən gediş-gəlişin tam məhdudlaşdırıldığı bir zamanda onların Azərbaycana qayıda bilmələri üçün yaradılmış şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirib, bu halı dövlətin öz vətəndaşına göstərə bildiyi diqqət və qayğının ali nümunəsi olmasını qeyd ediblər”.
Azvision.az