İranda koronavirusdan 3452 nəfər öldü

  04 Aprel 2020    Oxunub : 2047
 İranda koronavirusdan 3452 nəfər öldü
İranda son 24 saat ərzində 158 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

O bildirib ki, bununla da ölkədə koronavirus qurbanlarının ümumi sayı 3452 nəfərə çatıb. Virusa yoluxanların sayı 2560 nəfər artaraq ümumilikdə 55 min 743 olub.

Hazırda 4103 xəstənin vəziyyəti ağırdır, 19 min 736 nəfər isə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: İran