Fransada 600 hərbçi koronavirusa yoluxub

Fransada 600 hərbçi koronavirusa yoluxub
  04 Aprel 2020    Oxunub:2433
Fransada 600 hərbi qulluqçu koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Florens Parli məlumat verib.

Parli əlavə edib ki, Fransa Silahlı Qüvvələrinin müdafiə infrastrukturunun inşası xidmətində çalışan mülki işçilərindən biri koronavirusdan ölüb. Bundan başqa, "Barxan" əməliyyatında iştirak edən dörd hərbçi virusa yoluxub.

Fransa Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon ölkədə koronavirusdan ölənlərin sayının 6,5 min nəfəri keçdiyini, yoluxanların ümumi sayının isə 64 min 338-ə çatdığını bildirib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Fransa   Hərbiçi   Koronavirus  





Xəbər lenti