Macarıstan Azərbaycana təşəkkür etdi

 Macarıstan Azərbaycana təşəkkür etdi
  04 Aprel 2020    Oxunub:2851
Macarıstan hökuməti Azərbaycana göstərdiyi köməyə görə təşəkkür edib.
Azvision.az xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, Türk Şurasının üzvü olan Azərbaycan həmrəylik göstərərək Macarıstana kömək məqsədilə 10 min ədəd respirator maska ayırıb. Artıq tibbi maskalar Macarıstanın Bakıdakı səfirliyinə təqdim edilib.

“Biz artıq maskaları ölkəyə gətirmək istiqamətində işlər görürük. Maskaların tibb işçilərinə tez bir zamanda çatırılması üçün zəruri addımlar atılacaq”.

Azvision.az



Teqlər: Macarıstan   Azərbaycan  





Xəbər lenti