Gömrükçülər aztəminatlı ailələrə yardım etdi

Gömrükçülər aztəminatlı ailələrə yardım etdi
  04 Aprel 2020    Oxunub:2544
Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən gömrük postunun əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar Balakən rayonu ərazisində yaşayan aztəminatlı ailələrə baş çəkiblər.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, ilk gündən bu infeksiyanın yayılmasının qarşısının alınmasında fədakar xidməti ilə seçilən gömrük əməkdaşları daha bir nümunəvi addım ataraq aztəminatlı ailələrə yardım ediblər.

Gömrükçülər sözügedən ailələrə ərzaq məhsulları verib, eləcə də onlarla profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi ilə əlaqədar evdə qalmalarını tövsiyə ediblər.

Sakinlər də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.

Azvision.az



Teqlər: DGK  





Xəbər lenti