“Baxıcılıq xidməti edənlər qeydiyyatdan keçməlidir” - RƏSMİ

  04 Aprel 2020    Oxunub : 2044
“Baxıcılıq xidməti edənlər qeydiyyatdan keçməlidir” - RƏSMİ
İndiyə qədər tənha vətəndaşlara xidmət etmiş şəxslər fəaliyyətlərini davam etdirə bilərlər.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, Nazirlər Kabinetinin 30 mart 2020-ci il tarixli 120 №li Qərarında buna icazə verilir.
"Bu qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərtilə əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti edən şəxslər icaze.e-gov.az portalına daxil olub qeydiyyatdan keçməlidir".

Aytən Zəhra
Azvision.az

Teqlər: Karantin