Məşhur müğənni koronavirusa yoluxdu

 Məşhur müğənni koronavirusa yoluxdu
  04 Aprel 2020    Oxunub:2027
Amerikalı məşhur müğənni Pink koronavirusa yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müğənni özünün "Twitter" hesabında yazıb.

O, bildirib ki, 3 yaşlı oğlunda və özündə yeni növ koronavirusun əlamətlərini hiss etdiyi üçün testdən keçiblər. Analizin nəticəsində Pinkin koronavirusa yoluxduğu aşkarlanıb.

Müğənni iki həftə evdə özünü təcrid edib. O, həkimin göstərişinə əməl etdikdən sonra növbəti testinin nəticəsi mənfi çıxıb.

Pink tibb işçilərinə dəstək məqsədi ilə Filadelfiya və Los-Ancelesdəki təcili yardım fondlarına 500 min dollar bağışlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   Pink   Koronavirus  





Xəbər lenti