ABŞ neftin qiymətinin bahalaşmasını istəmir
Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bir neçə gündən sonra Ər-Riyad və Moskva arasında razılaşmanın bağlanmasına nikbin baxır.
Mənbə bildirib ki, Ağ evin rəhbəri artıq Bruyettə və ABŞ-ın Maliyyə naziri Stiven Mnuçinə enerji sektorundakı likvidliyi dərhal artırmaq üçün tədbirlər hazırlamağı tapşırıb.
Qeyd edək ki, bazardakı dalğalanmalar martın 6-dan OPEK + iclasında iştirak edən ölkələrin vahid bir qərara gələ bilmədiyi vaxtdan başlayıb. Razılaşmanın uğursuzluğundan sonra neftin qiyməti 30% ucuzlaşıb.
Azvision.az