Milyonlarla tibbi maska və əlcək müsadirə olundu

 Milyonlarla tibbi maska və əlcək müsadirə olundu
  03 Aprel 2020    Oxunub:3009
İsveçrənin "Mölnlycke" şirkəti İspaniya və İtaliya üçün idxal etdiyi milyonlarla maska və əlcəyin Fransa tərəfindən müsadirə olunduğunu açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat paylaşılıb.

Bildirilir ki, Fransanın belə bir addıma atması qanunsuzdur və bundan sonra alınan tibbi vasitələr Belçika vasitəsilə ölkəyə çatdırılacaq.

Qeyd edək ki, bundan öncə Almaniya şirkətin idxal etdiyi maska və əlcəkləri müsadirə etmişdi.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Koronavirus   Maska   Əlcək  





Xəbər lenti