Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO

  03 Aprel 2020    Oxunub : 2109
Gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar - VİDEO
Əlahiddə Ümumqoşun Orduda yanvar ayı ərzində həqiqi hərbi xidmətə çağırılaraq məşğələlərə cəlb edilən gənc əsgərlər ixtisas hazırlığı kurslarını uğurla bitirərək növbəti xidmət yerlərinə yola salınıblar.
Azvision.az xəbər verir ki, yolasalma mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər gənc əsgərləri ixtisas hazırlığı kursunu uğurla başa vurmaları münasibəti ilə təbrik ediblər.



Sonra Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayevin təbrikini şəxsi heyətə çatdıran general-mayor Teymur Eyyubov bildirib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 4 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca isə 2018-ci ildə qazanılan Günnüt zəfəri bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, ixtisas hazırlığı kurslarını uğurla başa vuran əsgərlərimiz də bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

Təbrik oxunduqdan sonra müxtəlif ixtisaslar üzrə elementləri praktiki yerinə yetirən əsgərlər qazandıqları bilik və bacarıqları peşəkar döyüşçü kimi nümayiş etdiriblər.

Ən yaxşı tabor, bölük və taqım adına layiq görülən bölmələrə keçici bayraqlar təqdim edilib və nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.

“Əlahiddə Ümumqoşun Ordunun marşı” ifa edildikdən sonra bölmələrin tribuna önündən təntənəli keçidi olub.

Azvision.az

Teqlər: Naxçıvan   Əsgər