Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırılıb

  03 Aprel 2020    Oxunub : 1746
Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırılıb
Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək. Xüsusi karantin rejimində texniki baxış müddəti bitmiş kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.

Azvision.az

Teqlər: FHN   Nəzarət