Narkotik satan Bakı sakini saxlanıldı

  03 Aprel 2020    Oxunub : 1167
Narkotik satan Bakı sakini saxlanıldı
Paytaxtda narkotik satan keçmiş məhkum tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 290 qrama yaxın heroin və 111 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Azvision.az

Teqlər: Suraxanı   Narkotik