Keçmiş məhkum yenə cinayət törətdi

  03 Aprel 2020    Oxunub : 1228
Keçmiş məhkum yenə cinayət törətdi
Bakıda oğurluq edən keçmiş məhkum tutulub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 2-də Bakı şəhər sakini R.Bayramovanın cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş R.İsmayılov saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun paytaxt sakini R.Rzayevin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: Bakı   Oğurluq