Avropa İttifaqı İtaliyadan üzr istədi: “Artıq yanınızdayıq”

 Avropa İttifaqı İtaliyadan üzr istədi:   “Artıq yanınızdayıq”
  03 Aprel 2020    Oxunub:4055
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen koronavirusla mübarizədə lazımi dəstək verilmədiyinə görə İtaliyadan üzr istəyib.
Azvision.az xəbər verir ki, Leyen "La Repubblica" qəzeti üçün yazdığı məqalədə İtaliyaya dəstək göstərilmədiyini etiraf edib.

Almaniyalı siyasətçi vurğulayıb ki, pandemiyaya yalnız üzv ölkələr birlikdə qalib gələ bilərlər: "İtaliyaya qarşı münasibət doğru deyildi və bu, edilməməliydi. Amma bu gün Avropa İtaliyanın yanındadır".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbilə çoxsaylı insan tələfatı ilə üzləşən İtaliya Avropa İttifaqını onlara kömək etməməkdə günahlandırmışdı. Hətta Lig partiyası ölkənin Aİ-dən çıxmasını gündəmə gətirmişdi.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İtaliya     Koronavirus   Covid-19  





Xəbər lenti