Xəstəxanada 2 saatdan artıq qalanlardan arayış tələb olunacaq

Xəstəxanada 2 saatdan artıq qalanlardan arayış tələb olunacaq
  03 Aprel 2020    Oxunub:2800
"Həkimlər müəyyən xəstəliyi olan şəxslərlə (məsələn, onkoloji xəstəliyi olanlar, dializ xəstələri və s.) bağlı məsələyə səbrlə yanaşmalı və 2 saatdan artıq müddətdə qalan vətəndaşlara hər dəfə arayış verməlidirlər".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov deyib.

Sədr müavini bildirib ki, aidiyyəti qurumların əməkdaşlarının yoxlanması zamanı vətəndaşlar karantin rejimi müddətində tibb müəssisələrində 2 saatdan artıq qalacaqsa, bununla bağlı arayış təqdim etməlidirlər.

"Digər halda, bu, karantin rejiminin pozulması sayılacaq. Bu cür məhdudiyyətlərə yer verməsək, sui-istifadə hallarına gətirib çıxara bilər. Ona görə də bütün tərəflərdən qaydalara əməl etmələri xahiş olunur".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: İcazə   Həkim   Xəstəxana  





Xəbər lenti