Koronavirusa təkrar yoluxma mümkündür? - Alimlər açıqladı

  03 Aprel 2020    Oxunub : 1751
Koronavirusa təkrar yoluxma mümkündür? - Alimlər açıqladı
Yeni növ koronavirusdan sağalmış insanların bu xəstəliyə qarşı immunitet qazana biləcəyi ehtimalı yüksək olsa da, sübuta ehtiyac var.
Azvision.az xəbər verir ki, Almaniyanın Helmholtz İnfeksion Araşdırmalar Mərkəzinin virusoloqu Melaniya Brinkman və Gieben Universitetinin Virusologiya İnstitunun rəhbəri Fridman Veber belə qənaətdədir.

Onlar bildiriblər ki, koronavirusa yoluxanların bədənləri virusa qarşı aktikor istehsal edir. Bu isə bədənin virusa qarşı müqavimətini təşkil edir. Burada əsas məsələ insan vücudunun nə qədər antikor istehsal edə biləcəyidir. Nəticə olaraq antikor səviyyəsindən asılı olaraq bədənin müqavimət gücü müəyyənləşəcək.

Alimlər hesab edirlər ki, infeksiyadan sonrakı 1-2 il ərzində insan bədəni virusa qarşı müqavimət göstərə biləcək.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Koronavirus   COVİD-19