Yolu keçən piyadanı maşın vurub öldürdü

Yolu keçən piyadanı maşın vurub öldürdü
  03 Aprel 2020    Oxunub:1860
Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, aprelin 2-də saat 11 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində kənd sakini N.Kərimov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmkəndlisi Kəmalə Hüseynovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: Lənkəran   Qəza  





Xəbər lenti