Keçmiş məhkum evdən 8650 manat oğurlayıb

Keçmiş məhkum evdən 8650 manat oğurlayıb
  03 Aprel 2020    Oxunub:2283
Binəqədidə evdən oğurluq olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də rayon ərazisindəki evlərin birindən 250 manat pul, 8400 manat dəyərində qızıl-zinət əşyaları, televizor və mobil telefon oğurlamaqda şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.

Azvision.az


Teqlər: Binəqədi   Oğurluq  





Xəbər lenti