Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanılıb

   Cinayətdə şübhəli bilinən 23 nəfər saxlanılıb
  03 Aprel 2020    Oxunub:2094
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 18 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 5 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 23 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: Cinayət   DİN  





Xəbər lenti