Karantin rejimini pozan kafe aşkarlandı

Karantin rejimini pozan kafe aşkarlandı
  03 Aprel 2020    Oxunub:2609
Polis əməkdaşları və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Bakının müxtəlif yerlərində reydlər keçirib.
Azvision.az xəbər verir ki, reyd zamanı açıq və ya gizli şəkildə fəaliyyətini davam etdirən iaşə obyektinə rast gəlinib. Polis əməkdaşları və hərbi qulluqçular paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində kafe aşkarlayıblar.

Aşkarlanan iaşə obyektinin sahibi barəsində inzibati protokol tərtib edilərək obyektin bağlanması təmin edilib.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Kafe   Bakı   Karantin  





Xəbər lenti