Bakıda tədris mərkəzindən oğurluq edilib

Bakıda tədris mərkəzindən oğurluq edilib
  03 Aprel 2020    Oxunub:2208
Bakının Səbail rayonu ərazisində oğurluq edən şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən tədris mərkəzindən 1000 manat dəyərində 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən B.Hənifəyev saxlanılıb.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti