Azərbaycan XİN-dən həkimlərə dəstək - VİDEO

Azərbaycan XİN-dən həkimlərə dəstək -    VİDEO
  02 Aprel 2020    Oxunub:2148
Koronavirus infeksiyasının (COVID-19) Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən bütün istiqamətlərdə hərtərəfli tədbirlər həyata keçirilir.
Azvision.az xəbər verir ki, Azərbaycan həkimlərinə mənəvi dəstək kampaniyasına qoşularaq, Azərbaycan hökumətinə və bütün səhiyyə işçilərinə bu çətin mübarizədə göstərdikləri qəhramanlıq ilə bağlı təşəkkürünü və onlarla həmrəyliyini bildirmək üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi videoçarx hazırlayıb.

XİN videoçarxın hazırlanmasında göstərdiyi yardıma görə Azərbaycan Televiziyasına təşəkkürünü bildirir.



Azvision.az



Teqlər: XİN   Həkim  





Xəbər lenti