65 yaşdan yuxarı 12 min yaşlı şəxsə xidmət göstərilib

65 yaşdan yuxarı 12 min yaşlı şəxsə xidmət göstərilib
  02 Aprel 2020    Oxunub:2151
24 mart - 1 aprel tarixlərində Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - Çağrı Mərkəzinə daxil olan 27486 müraciətdən 5278-ni sosial xidmətlərin göstərilməsi ilə əlaqədar müraciətlər təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlər əsasında yaşı 65-dən yuxarı tənha yaşayan şəxslər olduğu müəyyən edilən 2472 vətəndaş evlərində sosial məişət xidmətləri ilə əhatə olunub.

Bununla da evlərində sosial xidmətlərlə təmin olunan yaşı 65-dən yuxarı tənha şəxslərin sayı 12 minə çatıb.

Nazirliyin sosial xidmət işçiləri tərəfindən könüllülərin də dəstəyi ilə həmin tənha yaşayan şəxslərə ev təsərrüfatı ilə bağlı işlərdə, öz vəsaitləri ilə əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s. köməkliklər göstərilir.





Azvision.az



Teqlər: ƏƏSMN   Xidmət  





Xəbər lenti