Heydər Əliyev Fondu yeni sosial layihəyə başlayıb

  02 Aprel 2020    Oxunub : 1682
 Heydər Əliyev Fondu yeni sosial layihəyə başlayıb
Heydər Əliyev Fondu ölkəmizdə davam edən xüsusi karantin rejimində xalqımızın yaşlı nümayəndələrinə dəstək məqsədilə “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan!” sosial layihəsinə start verib.
Azvision.az Fondun “İnstagram” səhifəsinə istinadən xəbər verir ki, əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışların yer aldığı bu layihəyə ölkəmizin tanınmış simaları da qoşulub.

Bu gün Xalq artisti Aygün Kazımova 103 yaşlı Xədicə nənənin virtual qonağı olub və ona öz hədiyyəsini təqdim edib.

Azvision.az

Teqlər: Koronavirus