Rusiya XİN Bakı və İrəvanı danışıqlara çağırdı

Rusiya XİN Bakı və İrəvanı danışıqlara çağırdı
  02 Aprel 2020    Oxunub:3472
"Rusiya tərəfləri güc tətbiq etməkdən çəkinməyə çağırır".

Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan-Azərbaycan sərhədində baş vermiş son insidenti şərh edərkən deyib.
"Daxil olan məlumata görə, sərhəddə atəşkəsin pozulması halları davam edir. Eyni zamanda, mülki obyektlər, nəqliyyat vasitələri atəşə tutulur, mülki əhali yaralanır. Biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə, obyektiv şərait yaranan kimi yenidən danışıqlar masasına oturmağa çağırırıq",- deyə Zaxarova bildirib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   Azərbaycan   Ermənistan  





Xəbər lenti