104 yaşlı veteran koronavirusdan sağaldı

  02 Aprel 2020    Oxunub : 1475
104 yaşlı veteran koronavirusdan sağaldı
ABŞ-da 104 yaşlı şəxs koronavirusdan müalicə olunaraq sağalıb.
Azvision.az xarici mətbuata istinadən bildirir ki, Oreqan ştatında yaşayan və koronavirusa yoluxan İkinci Dünya Müharibəsi veteranı Uil Lapsçis xəstəliyə qalib gəlib.

O, həmin ştatda COVİD-19 virusuna yoluxan ilk sakinlərdən olub. Veteranın qızının verdiyi məlumata görə, artıq atası sağalıb və özünü yaxşı hiss edir.

Qeyd edək ki, ABŞ-da 5,1 min insan koronavirusdan dünyasını dəyişib. COVİD 19 virusuna yoluxanların sayı isə ölkədə 215 mindən çoxdur.

Azvision.az



Teqlər: