Bakı-Abşeron halqası üzrə 10 minə yaxın sərnişin daşınır

Bakı-Abşeron halqası üzrə 10 minə yaxın sərnişin daşınır
  02 Aprel 2020    Oxunub:1604
Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən, Bakı-Sumqayıt istiqamətində xidmət göstərən cari avtobus sayı 30 ədəd, daşınan gündəlik sərnişin sayı 2320 nəfərdir.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti məlumat yayıb. Bildirilir ki, xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14550 nəfər olub.

"Bakı-Abşeron halqası üzrə cari avtobus sayı 49 ədəd, daşınan cari sərnişin sayı 9315 nəfərdir. Məhdudlaşdırılan dövrə qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9304 nəfərdir. Analoji əvvəlki dövrlərdə sərnişin axını bu istiqamət üzrə 22900 nəfər olub. Sərnişin axınında hər halqa üzrə azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik.

Sərnişinlərdən ricamız, Operativ Qərərgahın yeni tələblərinə əməl edərək, evlərindən rəsmi iznləri və ya tələblərdə qeyd edilən vacib səbəblər haqqında əsaslandırmaları yoxdursa, zəruri səbəbdən səfərə çıxmalı olan insanların yollarda ləngiməsinə səbəb olmasınlar!", - deyə məlumatda qeyd olunub.

Azvision.az



Teqlər: Avtobus   Sərnişin  





Xəbər lenti