Nazirlər Kabinetindən jurnalistlərə xəbərdarlıq

 Nazirlər Kabinetindən jurnalistlərə xəbərdarlıq
  02 Aprel 2020    Oxunub:3359
Son günlər bəzi jurnalistlər həqiqəti əks etdirməyən məlumatları sosial şəbəkələrdə yayırlar.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, aprelin 1-də xüsusi karantin rejimi ilə bağlı yayılan sənəd həqiqəti əks etdirmir.
“Jurnalistlər sosial şəbəkələrdə yazırlar ki, “X kəndində virusa yoluxma var”. Məlum olur ki, o kəndin ətrafında da 4 kənd var və ajiotaj yaranır. Həmin jurnalistlərin içərisində tanınmış jurnalistlər də var. Arzu edilmir ki, bu məsələyə hüquq-mühafizə orqanları müdaxilə etsin. Jurnalistlər özləri belə hallara imkan verməməlidirlər”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Jurnalist   Xəbər  





Xəbər lenti