Yalan məlumat yayan 10 nəfər həbs edilib

  02 Aprel 2020    Oxunub : 2417
 Yalan məlumat yayan 10 nəfər həbs edilib
Karantin rejimi tətbiq olunduğu gündən sosial şəbəkədə yanlış məlumat yayan 10 nəfər inzibati qaydada həbs edilib, 18 nəfərə cərimə tətbiq olunub, 127 nəfərə xəbərlarlıq edilib.
Azvision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev deyib. Onun sözlərinə görə, insanların karantin rejiminə riayət etməsi üçün DİN-in kifayət qədər şəxsi heyəti və vasitələri var.

Ə.Baqişev, həmçinin bildirib ki, Bakı şəhəri də daxil olmaqla respublikanın bütün şəhər və əraziləri bağlanılıb, postlar qurulub.

Aytən Zəhra
Azvision.az

Teqlər: Post   ƏzizBaqişev