“Vətəndaşlar karantin rejiminə riayət etmirlər” - Operativ Qərargah

   “Vətəndaşlar karantin rejiminə riayət etmirlər” -    Operativ Qərargah
  02 Aprel 2020    Oxunub:3502
“Karantin rejiminin bütün tələblərinə riayət olunduğu halda koronavirusla bağlı iki həftədən sonra müsbət istiqamətə dönüş başlaya bilər”.

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, vətəndaşlar karantin rejiminə riayət etmirlər.
“Son 3 günün nəticələri göstərir ki, biz xüsusi karantin rejiminə tam riayət etmirik. Ona görə nə qədər ki, karantin rejiminə insanlar əməl etməsə, hadisələrin gedişi ilə bağlı riyazi hesablamalar apara bilmərik”.

İ. Məmmədov qeyd edib ki, koronavirus nəticəsində zərər görən vətəndaşlara yardımla bağlı müxtəlif təkliflər var:

“Amma bununla bağlı son qərar qəbul olunmayıb. Yaxın günlərdə qərar qəbul ediləcək. Məqsəd insanlara, sahibkarlara, aztəminatlı əhaliyə yardım etməkdir. Bu 3 məqam nəzərə alınaraq təkliflər hazırlanır və yaxın vaxtlarda Nazirlər Kabinetinə təqdim olunacaq. Amma indi yardımla bağlı rəqəmləri səsləndirmək düzgün deyil”.

Aytən Zəhra
Azvision.az


Teqlər: NazirlərKabineti  





Xəbər lenti