BNA “Bakıkart”la bağlı problemə aydınlıq gətirdi

 BNA “Bakıkart”la bağlı problemə aydınlıq gətirdi
  02 Aprel 2020    Oxunub:2913
“Bakıkart”ların əksəriyyəti metrolarda vestibüllərdə idi. Amma metro fəaliyyətini dayandırdığı üçün aparatlar yalnız dayanacaqlardadır və burada da kartların yüklənməsi zamanı sıxlıq müşahidə olunur”.
Azvision.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, insanlar davranışlarını dəyişməli, növbəlilik prinsipinə, sosial məsafəyə riayət etməlidirlər.

“Ekspress xətlər metro istifadəçiləri üçün açılıb. Amma ekspress xətlər sərnişinlərin metronun “Xətai” stansiyasından “İçərişəhər” stansiyasına getməsinə görə qurulmur. Bunu da nəzərə almaq lazımdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA  





Xəbər lenti