“Yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” - İbrahim Məmmədov

  “Yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir” -    İbrahim Məmmədov
  02 Aprel 2020    Oxunub:4394
Yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir. Bu günə qədər 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Ölkədə yoluxma hallarının artdığını deyən İ.Məmmədov bildirib ki, bu tendensiya davam edərsə və vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir:

"Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

Aytən Zəhra
Azvision.az





Teqlər: NazirləKabineti   Koronavirus  





Xəbər lenti