TƏBİB-in şöbə müdiri: “Karantin istirahət mərkəzi deyil”

    TƏBİB-in şöbə müdiri:    “Karantin istirahət mərkəzi deyil”
  02 Aprel 2020    Oxunub:4196
“Biz 5 min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazır deyildik”.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, imkan daxilində bütün addımlar atılır: "Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil. Əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: YaqutQarayeva   Operativqərargah  





Xəbər lenti