Azərbaycanda tibbi maska istehsalına başlanılır

 Azərbaycanda tibbi maska istehsalına başlanılır
  02 Aprel 2020    Oxunub:3297
“Sumqayıtda tibbi maskaların istehsalına başlanılıb. Aprelin ilk həftəsində bu işlər başa çatıb”.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, avadanlıqların əksəriyyəti qurulub.

“Dünən gecə təyyarə ilə tibbi maskaların istehsalı üçün xammal gətirilib. İkiqatlı, üçqatlı, bakterioloji maskaların istehsalına başlanacaq. İlk dövrdə gündə 70 min, 80 min ədəd maska istehsal olunacaq. Sonra gündəlik istehsal 200 min ədədə çatdırılacaq. Bu gün o xammalı almaq çətindir. Hətta istənilən qiymət təklif edəndə də satmırlar. Yaxın günlərdə bu məsələ də həlini tapacaq”, - deyə İ.Məmmədov bildirib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Maska  





Xəbər lenti