Nazirlər Kabineti: Kreditlərlə bağlı məsələ son mərhələdədir

  02 Aprel 2020    Oxunub : 2906
 Nazirlər Kabineti: Kreditlərlə bağlı məsələ son mərhələdədir
"Kreditlərlə bağlı məsələlər demək olar ki, son mərhələdədir, sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək”

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident tərəfindən tapşırıq verilib.
"Ölkə başçısı İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Biz kreditləri olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik. Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalyıq".

Aytən Zəhra
Azvision.az

Teqlər: Bank   NazirlərKabineti