“Evdən çıxmağı özümüzə qadağan etməliyik” - Vüsal Kərimli

 “Evdən çıxmağı özümüzə qadağan etməliyik” -   Vüsal Kərimli
  02 Aprel 2020    Oxunub:3501
"2016-cı ilin bu günlərində aprel döyüşləri olub, döyüşlər zəfərlə başa çatıb. Orada ön cəbhədə olan əsgərlərimiz, burada ön cəbhədə həkimlərimizdir".

Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.
O deyib ki, heç bir səbəb olmadan evdən çıxmağı özümüzə qadağan etməliyik: "İndiyə qədər nə səhiyyə, nə də nəqliyyat belə fors-major hala hazır olub. Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır. Bunun da yeganə yolu hazırda özünütəcriddir. Ali Baş Komandan 4 dəfə vətəndaşlara müraciət etdi. Birinci vitse-prezident Mehriban Əliyeva da bir xanım, ana kimi təhlükəni görərək insanlarımıza səsləndi”.

V.Kərimli qeyd edib ki, bu gün həkimlərimiz, gizli qəhrəmanlarımız var, insanların həyatını xilas etməyə çalışırlar.

"İnsanlar davranışını dəyişəndə avtobus daşımalarında da dəyişiklik edirik. Avtobuslar xətlərə çıxan zaman texniki cəhətdən saz olmalıdır. Bu gün və dünən hər hansı qəza, vətəndaşlarımızın xəsarət alması baş verməyib. Bir qəza həkimlərin işinin artması deməkdir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: VüsalKərimli   BNA  





Xəbər lenti