Karantin rejimini pozan 1243 nəfər cərimələnib - DİN rəsmisi

  02 Aprel 2020    Oxunub : 2082
 Karantin rejimini pozan 1243 nəfər cərimələnib - DİN rəsmisi
Bu gün karantin rejimini pozaraq işləməyə cəhd göstərən 41 ictimai iaşə obyeki aşkarlanıb, 1 nəfərə inzibati həbs, 40 nəfərə cərimə tətbiq olunub.
Azvision.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişov bildirib.

Onun sözlərinə görə, bütün səylərə baxmayaraq, bəzi vətəndaşlar karantin rejimini pozmağa cəhd göstərirlər.

"Rayonlarda polis postlarından keçməyə cəhd göstərən 12 nəfərə inzibati həbs tətbiq edilib. Ümumilikdə isə 1243-ə nəfər cərimələnib".

Aytən Zəhra
Azvision.az

Teqlər: Polis