İlham Əliyev Raul Kastro Rusu təbrik etdi

İlham Əliyev Raul Kastro Rusu təbrik etdi
  30 Dekabr 2013    Oxunub:1052
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri Raul Kastro Rusa təbrik məktub ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Azadlıq günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Kuba əlaqələri, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcəkdir".

İlham Əliyev Raul Kastro Rusa ən xoş arzularını yetirib, dost Kuba xalqına daim sülh və tərəqqi diləyib.


Teqlər:





Xəbər lenti