Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi

  02 Aprel 2020    Oxunub : 3718
 Prezident Sahib Ələkbərovu yeni vəzifəyə təyin etdi
Prezident İlham Əliyev İqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb.
Azvision.az Report-a istinadən xəbər verir ki, sərəncamla bu vəzifə Sahib Nurəddin oğlu Ələkbərova həvalə edilib.

Sahib Ələkbərov indiyə qədər Vergilər nazirinin müavini olub.

O, 2005-2009-cu illərdə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı, 2009-2010-cu illərdə Dövlət Statistika Komitəsi sədrinin müavini, 2 iyul 2010-cu il tarixindən isə Vergilər nazirinin müavini vəzifələrində çalışıb.

Azvision.az

Teqlər: Prezident   Sərəncam   SahibƏləkbərov